16:12 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2210

Bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub

BAKI, 30 oktyabr — Sputnik. Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Bu çətin gündə Can Qardaşımızın yanında olduğumuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə!" – deyə Ceyhun Bayramov qeyd edib.

​Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. 

Anadolu agentliyinin məlumatına görə, dağıntılar altında üç nəfər yaralı çıxarılıb

Əlaqədar

Azərbaycan İzmirdəki zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib
Ərdoğan: "Dövlətimizin bütün imkanları ilə zəlzələdən əziyyət çəkənlərin yanındayıq"
Türkiyədə güclü zəlzələ oldu
Teqlər:
tvit, Ceyhun Bayramov, zəlzələ, İzmir şəhəri, Türkiyə

Əsas mövzular