CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlayn təhsil platformaları VPN-siz işləyəcək - Nazir

© AR Ministry of EducationTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var

BAKI, 30 oktyabr — Sputnik. Son bir ayda olan Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə söyləyib. O, bildirib ki, mülki obyektlərin hədəfə alınması Azərbaycanın terrorist bir dövlətlə mübarizə apardığının nümunəsidir: "Ermənistanın cəbhədən çox kənarda yerləşən yaşayış massivlərini hədəfə alması nəticəsində 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb".

Nazir qeyd edib ki, bu vəziyyətlə yanaşı koronavirusun yayılması da sürətlənib: "Məlumdur ki, biz dərslərin əyani təhsilə keçirilməsini mərhələli şəkildə həyata keçirdik. Okyabr ayının əvvəlində pandemiya ilə bağlı vəziyyət yaxşı olduğundan 2000-dən artıq məktəbdə 5 gün əyani təhsilə keçidi təmin etdik. Amma ölkəmizdəki hərbi vəziyyət, koronavirusa yoluxma sayı, eləcə də internetin məhdudlaşdırılması nəticəsində 19 oktyabrdan bütün təhsil müəssisələrində tətil elan edildi. Məqsəd bu iki həftədə vəziyyəti düzgün qiymətləndirmək və hazırlıq işlərini apararaq ən optimal qərarların verilməsindən ibarət idi. Bu iki həftədə hazırlıq işləri aparılıb. Bu günə olan ən optimal qərar noyabrın 2-dən dərslərin distant keçirilməsidir. Bu qərarın icrası təbii ki, müəyyən çətinliklər yaradacaq. Amma artıq onlayn təhsillə bağlı təcrübə var. Həm şagridlər, həm validyenlər həmçinin də müəllimlər vəziyyətin mürəkkəbliyini nəzərə alaraq təhsili onlayn həyata keçirəcək. Bu gün mövcud olan çətinliklərə baxmayaraq onlayn təhsil təhsildən geri qalmamaq üçün ən optimal variantdır. Ölkədə onlayn platformaların işinin bərpası istiqamətində iş görülüb. Həmin platfomaların işləməsi üçün testlər aparılıb. Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsil zamanı VPN-siz qoşulmaq mümkün olacaq. VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər. Ona görə də, istər şagirdlərdən, istərsə valideynlərdən bunu nəzərə almağı xahiş edirik".

Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var: "Bizim gördüyümüz məsələ ondan ibarətdir, bir çox istifadəçilərdə brauzerin köhnə versiyasına görə müvafiq platformadan istifadə mümkün olmur. Biz 10-15 faiz istifadəçidə bu tip problemləri görürük. Çalışırıq ki, maarifləndirmə işini sürətləndirək. Nəzərə almalıyıq ki, biz bir amildən asılı deyilik. Bir neçə amil var".

Xəbər lenti
0