CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır

© Photo : AzeriGas Production UnionLayihə işləri
Layihə işləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə "Yüksələr bayrağımız, isinər ocağımız!" devizi ilə hərəkət etməyə hazırdır" - "Azəriqaz" İB.

BAKI, 26 oktyabr — Sputnik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

"Azəriqaz" İstehsalat Birliyindən (İB) Sputnik Azərbaycan-a verilən məlumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir:

© Photo : AzeriGas Production Unionİşğaldan azad olunmuş ərazilərə qaz çəkilişlərinin layihələndirilməsi
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır - Sputnik Azərbaycan
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişlərinin layihələndirilməsi

"O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə "Azəriqaz" İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib. "Azəriqaz" İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə "Yüksələr bayrağımız, isinər ocağımız!" devizi ilə hərəkət etməyə hazırdır".

Xəbər lenti
0