10:35 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
46640

V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. "Ermənilər İrəvanın onlara verilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yətirməyiblər".

Bu barədə Sputnik Azərbaycan-a tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov danışıb.

© Photo : Courtesy of Vasif Qafarov
Fəlsəfə doktoru, dosent Vasif Qafarov

Onun sözlərinə görə, 1918-ci ildə Batumda aparılan Türkiyə, Azərbaycan və erməni danışıqları nəticəsində erməni dövlətinin Osmanlı Dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması qərarlaşdırılıb:

"Mərkəzi İrəvan şəhəri olmaqla erməni dövləti cəmi 9000 kvadrat kilometrdən ibarət olmalı idi. Erməni dövlətinin yaradılmasına qərar verilən zaman ermənilər öz üzərlərinə bir sıra öhdəliklər götürdülər. Əslində bu öhdəlikləri Türkiyə Ermənistanın üzərinə qoymuşdu. Həmin öhdəliklər Azərbaycan-Ermənistan danışıqlarında müəyyən edilmişdi".

Tarixçi vurğulayır ki, bütövlükdə İrəvan bölgəsində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi müqabilində ermənilər öz üzərlərinə 4 şərt götürüblər.

Bu şərtlərin birincisi Bakıda olan daşnak qüvvələrin çıxarılması idi. Belə ki, onlar Şaumyanla əlaqəyə girib, Bakıda müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər.

İkinci şərt – azərbaycanlılara qarşı olan soyqırım əməllərini, Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi dayandırmalı idilər.

Tarixçi vurğulayır ki, üçüncü şərtə əsasən, İrəvanda və yeni yaradılmış erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların ana dilində təhsil almaq, mədəniyyət, siyasi, dini və digər hüquqlarını təmin etməli idilər: "Dördüncü şərt isə Yelizavetpol quberniyasının dağlıq hissəsinə - konkret Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bu dörd şərt çərçivəsində İrəvan ermənilərə verildi. Və İrəvan bölgəsində Ermənistan dövləti yaradıldı. Batum müqaviləsində bu şərtlər təsbit edilmişdi".

V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Əlaqədar

Prezident İlham Əliyev: "Biz Böyük Qayıdışın astanasındayıq"
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
İlham Əliyevdən Ermənistana xəbərdarlıq: "İstənilən yol ilə biz bu torpaqları alacağıq"
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Teqlər:
tarixçi, tarix, şərt, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular