QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO

© Photo : Ministry of Defence Industry of AzerbaijanBTR-70M tipli zirehli nəqliyyat vasitəsi
BTR-70M tipli zirehli nəqliyyat vasitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüş maşınının ön hissəsində və sağ tərəfində "İLHAMLA İRƏLİ!", sol tərəfində isə "XUDAFƏRİN BİZİMDİR!" sözləri yazılıb

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib.

© Photo : Ministry of Defence Industry of AzerbaijanBTR-70M tipli zirehli nəqliyyat vasitəsi
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO - Sputnik Azərbaycan
BTR-70M tipli zirehli nəqliyyat vasitəsi

MSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, döyüş maşınının ön hissəsində və sağ tərəfində "İLHAMLA İRƏLİ!", sol tərəfində isə "XUDAFƏRİN BİZİMDİR!" sözləri yazılıb.

© Photo : Ministry of Defence Industry of AzerbaijanBTR-70M tipli zirehli nəqliyyat vasitəsi
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO - Sputnik Azərbaycan
BTR-70M tipli zirehli nəqliyyat vasitəsi

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Hazırda mütəxəssislərimiz Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Xəbər lenti
0