08:18 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (596)
195 0 0

Ermənistan Rusiya ölkə kodlu nömrələrdən vətəndaşlarımızın mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir

BAKI, 17 oktyabr — Sputnik. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan Rusiya ölkə kodlu nömrələrdən vətəndaşlarımızın mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları kimi saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (596)

Əlaqədar

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
BMT ermənilərin Gəncədə mülki şəxsləri hədəf alan hücumunu kəskin şəkildə qınadı
Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO
Hikmət Hacıyev: "Ermənistan məsuliyyətdən qaça bilməyəcək"
Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatıb

Əsas mövzular