CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB: "Necə gözəl oğullar, hərbi həkimlər itirmişik"

© AR Ministry of DefenceАзербайджанские военные врачи приняли участие в очередном этапе конкурса "Военно-медицинская эстафета"
Азербайджанские военные врачи приняли участие в очередном этапе конкурса Военно-медицинская эстафета - Sputnik Azərbaycan
Abunə olmaq
Yaqut Qarayeva: "Hazırda atəş altında işləyən, əsgəri zirzəmidə qəbul edib ona yardım edən xəstəxanalarımız var".

BAKI, 16 oktyabr — Sputnik. "Hazırda atəş altında işləyən xəstəxanalarımız var. Əsgəri zirzəmidə qəbul edib ona yardım edən xəstəxanalarımız var. İtkilərimiz var. Necə gözəl oğullar, hərbi həkimlər itirmişik".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.

"Təəssüf ki, bu gün biz onları da itirmişik. Biz onlarla fəxr edirik, ailələrinə səbr diləyirik. Bu olacaqdı. Çünki biz heç bir zaman əsgərimizi yardımsız qoya bilmərik", - deyə TƏBİB rəsmisi əlavə edib.

Xəbər lenti
0