CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin elektron yerdəyişməsinə start verildi

© AFP 2023 / JEFF PACHOUDКомпьютерная мышь, фото из архива
Компьютерная мышь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

 

BAKI, 15 oktyabr — Sputnik. Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

Xəbər lenti
0