CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi

© Sputnik / Ilham Mustafayev Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirir ki, repetitora müraciət etmək imkanı olmayan şagirdlərin ümidi teledərslərə qaldığından, teledərslərə individual yanaşma tətbiq edilməlidir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Yeni tədris ili başlayandan ümumtəhsil müəssisələrində koronavirusa yoluxma halları aşkarlanır. Virusa yoluxma qeydə alınan məktəblər və siniflər müəyyən müddətə distant təhsilə keçir. Hərbi vəziyyətlə bağlı ölkəmizdə internetin verilməsində yaranan problemlər onlayn təhsildə ciddi problemlər yaradıb. Sputnik Azərbaycan koronavirusa görə distant təhsilə keçirilmiş məktəb və siniflərdə təhsil alan şagirdlərin təhsilini hazırkı vəziyyətdə necə davam etdirməli olduqlarını araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırki situasiyada təhsil okeanda təkbaşına üzən gəmiyə bənzəyir: "Məktəblərdə koronavirusa yoluxma səbəbindən distant təhsilə keçirilən məktəb və şagirdlərin ümidi hazırki situasiyada teledərslərədir. Teledərslərin saatı isə çox azdır. Belə bir vəziyyətdə şagirdin teledərsləri izləməkdən başqa çarəsi yoxdur".

Təhsil nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirusla bağlı daha 3 sinif və 1 məktəb distant təhsilə keçirilib

K.Əsədov bildirir ki, yaranmış vəziyyətlə əlaqədar valideynlərin əksəriyyəti öz övladlarını repetitor hazırlığına qoyub:

"İnanın ki, 1-ci sinifdən repetitor hazırlığına gedən uşaqlar var. Hansı ki, onların valideynləri işlədiklərindən öz övladları ilə evdə məşğul ola bilmirlər. Sinif və məktəb koronavirusa görə bağlandıqda valideynin repetitora müraciət etməkdən başqa çarəsi qalmır. Vəziyyət elə həddə çatıb ki, valideynlər qazanclarının əhəmiyyətli hissəsini uşaqları üçün repetitor haqqına ödəyirlər. Ölkədə internetə əlçatanlıq aşağı, məktəb və yaxud sinif bağlı - belə halda valideyn məcburdur ki, uşağına ən azından əsas fənlərdən repetitor tutsun".

Ekspert bildirir ki, repetitora müraciət etmək imkanı olmayan şagirdlərin ümidi teledərslərə qaldığından, teledərslərə individual yanaşma tətbiq edilməlidir:

"Təhsil naziri, nazirliyin rəsmiləri məktəblərdə olmalıdırlar. Şagirdlərin başa düşməkdə çətinlik çəkdiyi dərslər teledərslərdə ətraflı izah edilməlidir. Teledərslərin saatı artırılmalıdır. Çox təəssüf ki, biz bunların heç birini görə bilmirik. Belə bir vəziyyətdə şagirdlər də, valideynlər də çətin durumda qalırlar.

Təhsil Nazirliyi isə yəqin ki, dərs ilinin sonunda şagirdləri finiş xəttinə özünün gətirib çatdırdığını açıqlayacaq. Halbuki, hazırkı şəraitdə Təhsil Nazirliyi şagirdlərin təhsil alması üçün heç bir yeni layihə və proqram üzərində işləyərək yeniliklər tətbiq etmir. Nazirliyin kabinetdən təhsili idarətməsinin ağır nəticəsini isə şagird və valideynlər çəkirlər. Bu gün təhsilin əsas yükü Təhsil Nazirliyinin yox, valideynlərin çiynindədir".

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
ELM
Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa görə təhsil dayandırılan məktəb və siniflərin şagirdləri Virtual məktəbə qoşulmaq və teledərsləri izləməklə təhsillərini davam etdirə bilərlər:

"Məktəblərdə şagird sayı çoxdur. Hər şagirdə individual yanaşmaq praktiki baxımdan mümkün deyil. Şagirdlərimiz ona görə də teledərsləri izləməli, Virtual məktəbə qoşulmalıdırlar. Təhsil Nazirliyi pandemiya dövründə və hərbi şəraitdə təhsilə əlaçatanlığın təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə edir".

Qeyd edək ki, Təhsil Nazirliyinin orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son açıqladığı rəqəmlərdə qeyd olunub ki, indiyə qədər ölkə üzrə 10 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. Daha 52 şagird və 16 işçidə koronavirus aşkarlanıb. Dünən distant təhsilə keçmiş siniflərin sayı isə 15 olub, daha 10 məktəb də distant təhsilə keçib. Bu rəqəm hər gün artmaqda davam edir.

Xəbər lenti
0