15:41 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9810

"Şıxalıağalının işğaldan azad edildiyi xəbərini eşidəndə elə bilin ki, qardaşımın torpağını ziyarət edib qayıtdım".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Cəbrayıl şəhərinin və kəndlərinin işğaldan azad edilməsi bu torpaqda dünyaya göz açan, böyüyüb boya-başa çatan cəbrayıllıların böyük sevincinə səbəb olub. Bu günlərdə cəbrayıllılar dədə-baba torpaqlarının geri qayıtmasının sevincini yaşayırlar.

Ramana kəndindəki 31 saylı yataqxanada demək olar ki, başdan-başa Cəbrayıldan məcburi köçkün düşənlər məskunlaşıblar. 27 ildir ki, bu yataqxanaya sığınan məcburi köçkünlər həsrətin sona çatdığını, nəhayət ki, öz torpaqlarına köç üçün hazırlaşdıqlarını söyləyirlər. Bu yataqxanada həmsöhbət olduğumuz məcburi köçkünlər Azərbaycanın torpaqlarının işğaldan azad olunacağı günü səbirsizliklə gözlədiklərini, bu günün uzaqda olmadığına sidqi-ürəkdən inandıqlarını söyləyirlər. O inamla 27 ildir yaşayanlardan biri də Şirinova Kamilə Cümşüd qızıdır. Cəbrayılın Qaracalı kənd sakini Kamilə ana 1993-cü ildən bu yataqxanada məskunlaşsa da, ürəyi hər zaman Cəbrayıla, Qaracalıya qayıtmaq eşqi ilə çırpınıb:

© Sputnik / Irade JELIL
Cəbrayıllı məcburi köçkün Kamilə Şirinova

"Gərək insanda ümid ölməyə. Bu illərdə bizi burada yaşadan elə o torpaqlara qayıtmaq ümidimiz, inamımız olub. Bəlkə də içimizdə o inam olmasaydı, biz bu gördüyünüz dar, nəmişlik qoxuyan yataqxanada yaşaya bilməzdik. Məni illərdir yaşadan o torpağa qayıtmaq inamıdır. Həmişə bu çətinliklərin müvəqqəti olduğunu düşünmüşəm. Prezidentimiz televiziyadan Cəbrayılın işğaldan azad olunduğunu elan edəndə öz-özümə dedim ki, artıq o gün gəlib çatıb. Biz 1993-cü ildən buradayıq. Oğlum Murovda döyüşür. Canımız bu torpağa fədadır. Həmişə oğlum deyir ki, ana, Cəbrayılı geri alaq, səni kəndinə aparacağam. Bu sözləri oğlum hələ uşaq vaxtından deyirdi. Amma onun uşaq olmasına rəğmən mən onun dediklərinə inanırdım. Biz hamımız öz yurd-yuvamıza bağlı insanlarıq. Mən o günü gözləyirdim ki, prezidentimiz Qaracalının işğaldan azad olunduğunu elan etsin. O günə qurban demişdim".

Kamilə Şirinova deyir ki, işğal altındakı torpaqların Azərbaycana aid olduğunu dünya da bilir: "Biz illərdir ki, Avropaya o torpaqların, Qarabağın bizim torpaq olduğunu isbatlamağa çalışırıq. Bunun üçün bütün beynəlxalq təşkilatlara müraciət edirik, sənədlər təqdim edirik. Bütün bunlarla Qarabağın bizim torpaq olduğunu sübut etməyə çalışırıq. Amma bunun sübutu üçün nə sənədə, nə də ki müraciətə ehtiyac var.

Bircə dəfə beynəlxalq qurumlar Cəbrayıla, Qubadlıya, Zəngilana getsinlər. Oradakı kəndləri gəzsinlər. Biz çıxandan o kəndlər xaraba qalıb. Ermənilər özləri orada yuva qurub yaşamağa ürək eləmirlər. Çünki bilirlər ki, o torpaqlar bizimdir, gec-tez biz evimizə qayıdacağıq. O torpaqlarda bizim babalarımızın, şəhidlərimizin məzarları var. Onları ziyarət etməyənə qədər biz rahatlıq tapa bilmərik".

Cəbrayıl rayonunun Şıxalıağalı kənd sakini Xudiyeva Səadət isə doğma kəndinin işğaldan azad olma xəbərini üç gün öncə eşidib. Deyir ki, gözü-qulağı televizordaymış:

© Sputnik / Irade JELIL
Cəbrayıllı məcburi köçkün Səadət Xudiyeva

"Prezidentin televizordan Şıxalıağalı sözünü deməsini gözləyirdim. Şıxalıağalının işğaldan azad edildiyi xəbərini eşidəndə elə bilin ki, qardaşımın torpağını ziyarət edib qayıtdım. Mən 30 yaşımda məcburi tərk etmişəm o torpağı. Qardaşım Qarabağda gedən döyüşlərdə şəhid olub. Xalamın oğlu, xalamın nəvəsi şəhid olublar. Üç şəhidimiz var. Bizim o torpaqlara qayıtmağa haqqımız var. Çünki o torpaqlar bizə babalarımızdan əmanətdir. Bizim doğmalarımızın ruhu dolaşır o torpaqda. Onların məzarı qəribsəyib dualarımız üçün. Mən dizi üstə gedəcəm evimizə. Əhd etmişəm ki, kəndimiz işğaldan azad olunsun, dizin-dizin sürünüb gedib tapacam evimizi. Evimiz qalmasa, yurd yerimizi. Oranın qara daşı da mənə qəbuldur".

Əlaqədar

İlham Əliyev: "Azərbaycan ordusu bir neçə yaşayış məntəqəmizi işğaldan azad edib"
İşğaldan azad olunmuş Cəbrayıl şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Qarabağlı köçkün: "Anam yuxuma girdi, dedi ki, oktyabrda Füzuliyə qayıdacaqsız"
Medvedev Mxitaryanı yerinə oturtdu: "Xoşməramlı səfir missiyasına uyğun gəlmirsən"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO
Teqlər:
azad edilmə, Cəbrayıl, məcburi köçkünlər, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular