CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət etdi

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

BAKI, 9 oktyabr — Sputnik. Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər lenti
0