08:25 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
32 0 0

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əməkhaqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312 min 206,13 manat vəsait köçürüblər

BAKI, 5 oktyabr — Sputnik. Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əməkhaqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312 min 206,13 manat vəsait köçürüblər.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Əlaqədar

Baş Prokurorluq Silahlı Qüvvələrə yardım fonduna bir milyon 280 min manat köçürdü
Vətəndaşların əsgərlərə dəstək olması çox gözəl haldır - hərbi ekspert
Azərbaycanlı müğənni ön cəbhədəki əsgərlərimizə yardım üçün aksiyaya başladı
Deputatlar da Orduya dəstək kampaniyasına qoşuldular
Dövlət qurumlarından Ordumuza dəstək

Əsas mövzular