CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə baş verən hadisələrlə əlaqədar qazın verilişi məhdudlaşdırılıb

© Sputnik / Elvin AhmadГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonları üzrə ümumi abonentlərin 69 %-i təbii qazla təmin olunur, 31 % abonentin isə təhlükəsizlik tədbiri olaraq qaz təchizatı məhdudlaşdırılıb.

BAKI, 4 oktyabr — Sputnik. Məlumat verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan strateji obyektlərin, kommunikasiyaların, infrastrukturun, partlayış təhlükəli obyektlərin, rabitə sistemi və şəbəkələrin, qazın nəqlinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün “Azəriqaz” İB-də 7/24 rejimində fəaliyyət göstərən Qərargah yaradılıb.

Qurumdan Sputnik Azərabycan-a verilən məlumata görə, qərargahın fəaliyyəti və cəbhə zonasında vəziyyətin nə yerdə olduğu ilə maraqlanmaq üçün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Tərtər, Ağdam, Füzulu rayonlarında olublar. Yerlərdə qaz təsərrüfatına dəyən ziyan araşdırılıb və yerli icra orqanları ilə görüşməklə əlaqəli iş rejiminin qurulması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Birliyin rəhbərliyi sakinlərlə də söhbətləşərək, qaz təchizatında yaranmış müvəqqəti çətinliklərin tezliklə aradan qaldırılacağını, növbəti görüşlərin yaxın zamanlarda işğaldan azad olunacaq torpaqlarda baş tutacağına əmin olduqlarını ifadə ediblər.

Əlavə olaraq qeyd edək ki, hazırda Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonları üzrə ümumi abonentlərin 69 %-i təbii qazla təmin olunur, 31% abonentin isə təhlükəsizlik tədbiri olaraq qaz təchizatı məhdudlaşdırılıb. Goranboy rayonunun Tapqaraqoyunlu kəndində və Tərtər rayonunda hazırda ümumiyyətlə qaz təminatı dayandırılıb.

Mülki əhalinin, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Birliyin bölgədə fəaliyyət göstərən struktur bölmələrinin nəqliyyat vasitələrinə və binalarına da ziyan dəyib. Dünən gecə düşmənin atdığı mərmilər Goranboy rayonun qaz təsərrüfatına məxsus xidməti binanı və xidmət rəisinin avtomobilini ciddi zədələyib.

Xəbər lenti
0