23:51 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
48 0 0

Azərbaycandan olan bir qrup jurnalist və blogerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, "WhatsApp" üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub.

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bu dəfə ermənilər yerli media nümayəndələrini hədəf alıb. Azərbaycandan olan bir qrup jurnalist və blogerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, "WhatsApp" üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub.

Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırırıq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, reports@cert.az email ünvanı, "1654" qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.

Əlaqədar

İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır
Cəbhə jurnalistlərinin təhlükəsizliyi necə təmin olunub?
"PicsArt" kimi proqramları telefonunuzdan silin - Təhlükə var
VPN istifadə edənlər cərimə ediləcəklərmi?
"Onlar "Qarabağ Ermənistan deyil" kimi bəyanatla çıxış etməlidir, sonrasına biz baxarıq"
Teqlər:
WhatsApp, jurnalist, media, erməni təxribatı

Əsas mövzular