QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dövlət qurumlarından Ordumuza dəstək

© Photo : REPORTАкция в поддержку Азербайджана
Акция в поддержку Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər

BAKI, 3 oktyabr — Sputnik. Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb. Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı şəhər və rayon icra hakimiyyətlərindən də Ordumuza dəstək göstərilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir. Xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin, onun strukturlarının və paytaxt rayon icra hakimiyyətlərinin əməkdaşları bir aylıq əməkhaqlarını Silahlı Quvvələrə Yardım Fonduna ianə ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı (nazir, müavinlər və kollektiv), eləcə də nazirliyin strukturuna daxil olan və daxil olmayan, tabeliyindəki qurumların rəhbərliyi və əməkdaşları könüllü qaydada öz aylıq vəzifə maaşlarını Ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər. Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Xəbər lenti
0