CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaqif Əsədov: Bəzən vətəndaşlar saat 22.00-a qədər gecikirlər

© Sputnik / Murad OrujovАвтомобильное движение в Баку
Автомобильное движение в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Belə olan halda vətəndaşlar polis bölmələrində saat 06.00-ya qədər saxlanılır və onlara – fiziki şəxslərə 30-50 manat, vəzifəli şəxslərə 100-150 manat, hüquqi şəxslərə 1000-1500 manat məbləğində cərimə tətbiq edilir.

BAKI, 2 oktyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara, avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a idarənin mətbuat xidmətinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Bakı şəhərində saat 21.00-dən ertəsi gün saat 6.00-a qədər komendant saatı tətbiq edildiyi üçün komendant saatı müddətində hər bir hərəkət iştirakçısı xidməti vəsiqəsi və ya icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə hərəkət etməlidir.

Комендантский час в Баку. - Sputnik Azərbaycan
FOTO
Bakı sükuta qərq oldu: komendant saatı qüvvəyə minib - FOTO

"Məlumat üçün bildirim ki, komendant postlarına giriş-çıxış edən hər bir hərəkət iştirakçısı əvvəlcədən ünvana qədər olan müddəti və məsafəni nəzərə alıb, komendant saatı başlayana qədər qalacaqları ünvana getməlidirlər. Yaxud işini başa çatdırmayan, eləcə də komendant saatı dövründə xüsusi icazəsi və ya şəxsiyyət vəsiqəsi olmayan şəxslər qaldıqları, olduqları ünvanı tərk etməməlidirlər".

Onun sözlərinə görə, komendant saatının tələblərini pozan vətəndaş, sürücü, sərnişin ərazi polis orqanlarında saxlanılır və İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri həyata keçirilir.

V.Əsədov bildirib ki, bəzən vətəndaşlar məsafəni və ya müddəti nəzərə almayaraq, saat 22.00-a qədər yolda qalır, komendant saatının tələbini pozur.

Belə olan halda vətəndaşlar polis bölmələrində saat 06.00-a qədər saxlanılır və onlara – fiziki şəxslərə 30-50 manat, vəzifəli şəxslərə 100-150 manat, hüquqi şəxslərə 1000-1500 manat məbləğində cərimə tətbiq edilir.

"Bir daha vətəndaşlardan tələblərə uyğun hərəkət etmək xahiş edilir", - deyə V.Əsədov bildirib.

Xəbər lenti
0