19:06 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
185411

"Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər", - kənd sakini

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Yeni dərs ili başlasa da Tovuz rayonu Aşağı Öysüzlü kəndinin sakinləri övladlarını məktəbə göndərməyə tərəddüd edirlər. Bir çox yerlərdə bu, pandemiya ilə əlaqədar olsa da öysüzlülərin başqa səbəbləri var. Belə ki, onlar övladlarının hər an uçmaq təhlükəsi olan məktəbdə uçqun altda qalmalarını istəmirlər.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Sputnik Azərbaycan-a danışan sakinlər 1 mərtəbəli 3 korpuslu məktəb binasından ikisinin yaşının 100 ildən artıq olduğunu söyləyiblər. Belə ki, hər biri 5 sinif otağından ibarət bu tikililər ötən əsrin əvvəllərində yerli bəylərin at tövləsi məqsədilə inşa olunub. Sovet hakimiyyəti dövründə öncə uşaq evi, 1948-ci ildən isə məktəb kimi fəaliyyət göstərib. Digər korpus isə 1972-ci ildə tikilməsinə baxmayaraq indiyədək təmir olunmayıb. Nəticədə sinif otagının divarlarında yaranan iri çatlar, tavanı əvəz edən beton plitələrin deformasiyaya uğraması, taxta dözəmənin yararsız halı həm şagirdlər, həm müəllimlər üçün ciddi təhlükə yaradır.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Kənd sakini Ziyəddin Hüseynov bir vaxtlar rayonun ən çox bal toplayan şagirdlərinin bu məktəbdən çıxdığını, lakin hazırda o şöhrətdən çox uzaq olduğunu söyləyib:

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Heç kim burada övladını oxutmaq istəməz. Uşaqlarımızın həyatı hər an təhlükə qarşısındadır. Divarların çatına əl girir. Üstünün beton plitələri aralanıb. Yağış birbaşa sinif otaqlarına yağır.  Döşəmənin arasından hər cür həşərat çıxır. Bu da uşaqların həyatına ciddi təhlükə yaradır. Kimin imkanı var, maşını var, övladını rayon mərkəzinə, yaxud qonşu kəndə aparır. 1-2 il bu vəziyyətdə qalsa, məktəbdə bir nəfər belə şagird qalmayacaq”.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

O, dəfələrlə kənd sakinlərinin aidiyyatı qurumlara məktublar ünvanladıqlarını, cavab kimi isə yalnız təsəlli aldıqlarını bildirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Digər sakin Minə Əliyeva isə övladlarını məktəbə qorxa qorxa göndərdiklərini söyləyib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər. İstəyimiz odur ki, məktəbimiz təzələnsin. Biz də ürəklə uşaqlarımızı məktəbə yola salaq”,- deyə istəyini dilə gətirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Məktəb rəhbərliyi də sakinlərlə  həmfikirdir. Direktor Rahilə Həsənova hər il şagird sayının azaldığını, məktəb nəticələrinin aşağı düşdüyünü vurğulayıb:

  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Məktəbin direktoru Rahilə Həsənova
    © Sputnik / Ilham Mustafa
  • Fikrət Tağıyev - təhsil idarəsinin rəsmisi
    © Sputnik / Ilham Mustafa
  • Ziyəddin Hüseynov
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəbimiz ənənəsi olan, ən qabaqcıl təhsil ocaqlarından olub. Lakin qəzalı olduğundan ildən-ilə şagird sayı azalır. Valideynlər övladlarını bu məktəbə qoymağa ehtiyat edirlər. Bu il iyul döyüşlərində məktəb yaxınlığına iki top mərmisinin düşməsi isə vəziyyəti daha da acınacaqlı edib. Əvvəlki çatları daha da böyüdüb, eyni zamanda yeni çatlar əmələ gəlib”.

Əlaqədar

Deputatdan bank inhisarçılığına etiraz: Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar
Teqlər:
bina, siçovul, ilan, şagirdlər, vəziyyət, bərbad, kənd, məktəb, Aşağı Öysüzlü, Tovuz

Əsas mövzular