CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfərbərlik Xidməti çağırışçılara müraciət etdi

© Photo : Facebook / Vugar İbadovƏsgərlər, arxiv şəkli
Əsgərlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür

BAKI, 25 sentyabr — Sputnik. 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Xəbər lenti
0