CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə sayğac var, nə də standart və ya su qıtlığına dair izahat

© AP PhotoЛюди стоят в очереди за водой, фото из архива
Люди стоят в очереди за водой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir.

A.Cəbrayıllı bildirib ki, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər.

"Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazilərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. "Azərsu" ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik", - deyən mətbuat katibi bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini vurğulayıb.

"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur", - deyə o əlavə edib.

Xəbər lenti
0