CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toylara icazə veriləcək, amma masaların qiyməti beş dəfə baha olacaq

© Sputnik / Anar MustafayevToy süfrəsi, arxiv şəkli
Toy süfrəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon icra hakimiyyətləri şadlıq saraylarından toyların keçirildiyi zalların ölçülərinin onlara təqdim olunmasını istəyir, qonaqların sayını isə NK yanında Operativ Qərargah müəyyən edəcək.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda el şənliklərinin keçirilməsinə icazə verilməsi gözlənilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə veriləcək. Hətta bununla bağlı şadlıq saraylarına məlumat da verilib.

Sputnik Azərbaycan toylarla bağlı yayılmış məlumatı dəqiqləşdirmək üçün şadlıq sarayları ilə əlaqə saxlayıb. Əlaqə saxladığımız şadlıq saraylarından bildiriblər ki, artıq rayon icra hakimiyyətləri onlardan el şənliklərinin keçirildiyi zallarla bağlı məlumatlar alıb. "Romance Palace" şadlıq evindən Sputnik Azərbaycan-a bildirdilər ki, Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən işlək şadlıq sarayları qeydə alınır:

"Bizə Rayon İcra Hakimiyyətindən müraciət etdilər ki, toyların keçirildiyi zalların ölçülərini onlara təqdim edək. Biz də zalların kvadratını ölçüb onlara təqdim etdik. Bizdə 3 korpus 6 zal var. Hər zal fərqli sayda qonaq sayı üçün nəzərdə tutulub. Amma bilmirik ki, hansı ölçüdə zalda nə qədər qonağın iştirak etməsinə icazə veriləcək. Qiymətlər 55 manatdan başlayıb 70-100 manat arasında dəyişir. Amma bizə 500 nəfərlik zala 150 qonağa icazə verilsə, bilin ki, buna razı olmayacağıq. Çünki astarı üzündən baha gəlir. Belə olsa, xərci borcunu ödəmir".

Toy, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məşhur restoranda toy məclisi baha başa gəldi: Tutulanlar var

"İmperial" şadlıq sarayından isə bildirdilər ki, oktyabr ayına şadlıq saraylarının fəaliyyətinə icazə veriləcəyi barədə onlara da məlumat daxil olub. Şadlıq sarayının Cavid adlı administratoru Sputnik Azərbaycan-a bildirib ki, yerli rayon icra hakimiyyətinin əməkdaşları onlardan zalların ölçüsü, qonaq sayı barədə məlumatları tələb edib:

"Biz də nə məlumat tələb olunub zalın siyahısı ilə bağlı vermişik. Belə məlumat var ki, oktyabrın 18-dən sonra toylara müəyyən şərtlər əsasında icazə veriləcək. Bizdə oktyabr və noyabr aylarına yer yoxdur. Amma belə eşitmişik ki, 500 nəfərlik zala 250 nəfər qonağın qəbulu üçün icazə veriləcək".

Administrator bildirib ki, masanın qiyməti hazırda 40-45-55 manat arasında dəyişsə də, qonaq sayı Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarından sonra məlum olacaq. O ki qaldı qonaq sayının qiymətə təsirinə, administrator adambaşına 3 manat olmaqla qiymətlərdə dəyişikliyin olacağını istisna etmədiyini söylədi.

Невеста, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həkim sözü: "Artıq toyların keçirilməsinə icazə verilməlidir"

"Badi-Səba Saray"-ın Azad adlı administratoru da toy üçün sifarişlərin qəbul olunduğunu söylədi. Bildirdi ki, oktyabr ayında toy üçün sifarişlər qəbul edilsə də, hələ ki toyların keçiriləcəyi tarix açıqlanmayıb: "Biz oktyabr üçün sifariş götürürük. Belə deyiblər ki, Məhərrəm ayı çıxandan sonra, oktyabrın 18-dən toyların keçirilməsinə icazə veriləcək. Əgər oktyabrda verilməsə, biz toy tarixlərini noyabr ayına keçirəcəyik. Biz də hazırlaşırıq".

"Arena saray"-ın özünü Rəşad adı ilə təqdim edən administratoru isə bildirdi ki, onlardan toyların keçiriləcəyi zalların sahəsi ilə bağlı məlumat alındığından sifariş qəbul edirlər:

"Bizdə zal 450 nəfər üçün nəzərdə tutulub. Amma bilmirik ki, nə qədər qonaq qəbuluna icazə veriləcək. Bu NK yanında Operativ Qərərgahın verəcəyi qərardan asılı olacaq". 

Şadlıq saraylarının ən çox yerləşdiyi Nizami rayonu olduğundan, Nizami Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov onda belə bir məlumat olmadığını söylədi.

Digər rayonların icra hakimiyyətlərində isə bununla bağlı sualımızı NK yanında Operativ Qərargaha ünvanlamağı məsləhət gördülər.

Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a bildirib ki, toyların keçirilməsi ilə bağlı hələ bir qərar olmasa da, qapalı məkanlarda toyların təşkili müəyyən şətlər əsasında mümkün ola bilər: "Qapalı məkanlarda toyların təşkilinə çox diqqətlə yanaşmaq lazımdır. Çünki, toylarda qohum-əqraba toplaşır, biri-biriləri ilə görüşüb göz aydınlığı verirlər. Ona görə də, yoluxma sayına uyğun qərar verilə bilər. Əgər yoluxma az olarsa, tibbi maska, sosial məsafə və gigiyenik tədbirlərə əməl etməklə az sayda adamın iştirakı ilə toylar keçirilə bilər. Bu zaman mütləq şadlıq evinin sahəsi, havalandırma və sair nüanslar nəzərə alınmalıdır. Əvvəlki kimi 350-500 nəfəri bir zala yığıb toy etmək olmaz. Çox yaxın qohumların iştirakı ilə belə mərasimlər baş tuta bilər. Amma yenə də bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərərgah verməlidir".

Xəbər lenti
0