06:42 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
71330

Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, ssenariyə əsasən, Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Əlaqədar

Artilleriya bölmələrimiz döyüş atışları üçün atəş mövqelərini tutublar
Bu, səfərbərlik deyil, adi təlimdir
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Müdafiə naziri
Zakir Həsənov generalları topladı – "Torpaqlarımızı azad etməyə hazırıq"
Teqlər:
şərti düşmən, kəşfiyyat, təlim, təyyarə, uçuş, gecə, HHQ, Azərbaycan

Əsas mövzular