CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə DSX-dən jest

Abunə olmaq
Sərhəd diviziyasında keçirilən görüşdə Elton Hacızadəyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb

BAKI, 21 sentyabr — Sputnik. Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi, Elton Xıdır oğlu Hacızadə DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hərbi ekspert Rəşad Süleymanov Facebook sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O bildirib ki, sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Xəbər lenti
0