01:09 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20110

"Təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib"

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib. O qeyd edib ki, 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında əvvəlki qanun qüvvədə idi: "Həmin ilə qədər kim pensiyaya çıxıbsa, onların təhsil müddəti ümumi stajda nəzərə alınıb. Lakin 2006-cı ildən sonra hazırkı əmək pensiyaları haqqında yeni qanun qüvvəyə mindi. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb. Lakin son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir. Təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə, yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib".

O bildirib ki, əgər 5-6 il əvvəl vətəndaşlar pensiya üçün müraciət edərkən, onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. Təhsil müddətinin pensiya kapitalına təsirinə gəlincə isə, DSMF rəsmisi bildirib ki, 2006-cı ilə kimi pensiya üçün əsas staj nəzərə alınırdısa, 2006-cı ildən sonra fərdi hesabda toplanan vəsait nəzərə alınır.

Əlaqədar

Pensiyalarla bağlı layihə hazırlanır - Bu yeniliklər olacaq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi
Qatı kölgədə uyuyan səfil gələcəyimiz: pulumuzu az göstərdikcə az da görəcəyik
DSMF strukturunda növbəti dəyişiklik edilib
Teqlər:
əlavə, əmək stajı, iş stajı, staj, pensiya, DSK

Əsas mövzular