01:03 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
142230

“Dekorativ bitki pandemiya dövründə ilk dəfə fərqli görünüşlü meyvə gətirərək mingəçevirliləri xeyli təəccübləndirib”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. May ayında çiçək açsa da sentyabrda bar verir. İllərdir çiçəyini göstərib meyvəsini gizlədən bitki pandemiya dövründə Mingəçevir sakinlərinə əsl sürpriz edib. Parkda əkilən dekorativ bitki maraqlı meyvəsi ilə sakinləri xeyli təccübləndirib. Sözügedən ağacın gətirdiyi bar COVID-19-un molekul fotosuna bənzəyir.

Sputnik Azərbaycan xəbər verir ki, qırmızı, sulu meyvəsi olan dekorativ bitki təxminən beş il öncə Mingəçevirin 20 Yanvar küçəsində “Güllü bağ” deyilən ərazidəki parkda əkilib. Yerli sakinlər bildirirlər ki, həmin ağac bu il ilk dəfə olaraq koronavirusun molekul şəklinə bənzər meyvə verib. Bəzi mingəçevirlilər onu görüb təəccübləniblər, maraq göstərib fotosunu çəkənlər də az olmayıb. Parka gələnlər bitkinin araşdırılmasında maraqlıdırlar. Şəhər sakini Esmira Hidayətova bir neçə gündür parkda istirahət etməklə yanaşı, həmin bitkinin meyvələrini  diqqətlə seyr etdiyini deyib:

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə dekorativ bitkinin koronavirusa bənzər meyvəsi

“Bu ərazidən tez-tez keçirəm. Bəzəkli ağacı və meyvələrini  gördüm, marağıma səbəb oldu. Yaxınlaşanda gördüm ki, bu, koronavirusun "emblem"inə, molekul fotosuna bənzəyir. Hamı baxır, uşaqlar meyvəsini əllərinə götürürlər. Bu, təhlükəli ola bilər. Adamın əlinə rəngi də çıxır, çox maraqlı bir bitkidir. İstərdik ki, bu araşdırılsın, öyrənək görək bu nədir".

Mingəçevir şəhər Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin baş mütəxəssisi Bayram Tağıyev Sputnik Azərbaycan-a bildirib ki, son günlər bu bitki şəhərdə həm yerli sakinlər, həm də digər bölgələrdən gələnlər üçün çox maraqlıdır. O, həmçinin 5 illik ağacın ilk dəfə meyvə verdiyini və pandemiya dövründə insanların diqqətini çəkdiyini vurğulayıb:

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə dekorativ bitkinin koronavirusa bənzər meyvəsi

“2015-ci ildə parkda yaşıllıq məqsədi ilə əkilib. Hazırda ilk dəfə olaraq meyvəciklər gətirib. Meyvəciklərin kənarından isə koronovirusun formasına  bənzər çıxıntılar əmələ gəlib. Bu da şəhər sakinlərinin marağına səbəb olur. Koronavirus yayıldığı bir zamanda çox maraqlıdır. Hər gün sakinlər gəlib bu ağacla maraqlanırlar”.

“Nur şəhəri”nin sakinlərinin marağına səbəb olan, əslində isə heç də koronavirus qədər təhlükəli olmayan bitkinin vətəni virusun ilk yayıldığı ölkə olan Çin və Yaponiya hesab edilir. Kağız ağacı adlanan bitki parklarda daha çox əkilir. Meyvəsi COVID-19-un molekul fotosuna bənzəyir, yeyilmir. Bioloq Rafiq Qasımov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində kağız ağacının əslində yararlı bitki olduğunu, onun meyvəsindən və liflərindən kağız və rəng alındığını bildirib:

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə dekorativ bitkinin koronavirusa bənzər meyvəsi

“Meyvəsinin xüsusi özəlliyi ondan ibarətdir ki, öz quruluşuna, koronavirusa bənzədiyinə görə insanların diqqətini daha çox cəlb edə bilir. Meyvəsi şirəlidir, əsasən bəzək bitkisi kimi istifadə olunmasına baxmayaraq, onun cavan budaqlarından, boru şəkilli liflərindən parça, kağız istehsalında istifadə edilir. Elə adı da buradan götürülüb".

Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac may ayında çiçəkləyib sentyabrda meyvə verir.

Əlaqədar

Gəncədə oazis: Gəncə sakini öz həyətini Nəbatat bağına çevirib – video
Türkiyəyə milyonlar qazandıran o “əjdaha”dan niyə bizdə yoxdur?!
Daha bir bölgəmiz özünün brend məhsulunu yetişdirməyə başlayıb - FOTOLAR
Qızıldan baha tərəvəz: İndidən tədarükünüzü görün, qiyməti ucuzlaşmayacaq
Qaxda qəribə ekzotik meyvə yetişdirildi
Teqlər:
Çin, foto, molekul, Koronavirus, dekorativ bitkilər, Mingəçevir

Əsas mövzular