17:30 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
27 0 0

Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın Nəsirov, bir neçə il əvvəl Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə görüntüləri yayılan Orxan Nəsirovun atasıdır.

BAKI, 18 sentyabr — Sputnik. Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın Nəsirovla bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bir neçə il əvvəl Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə görüntüləri yayılan Orxan Nəsirovun atasıdır. Sözügedən videoya görə tərəflər arasında böyük qalmaqal yaşanmışdı.

Hətta 2011-ci ildə internetdə yayılan videogörüntülərə görə A.Kazımova telekanallardan birində çıxış edərək, həmin kadrlarda qızı ilə bir otaqda olmuş gənclərin ünvanına təhqiramiz ifadələr işlətmişdi.

Orxan Nəsirovun atası Daşqın Nəsirov isə mətbuata açıqlamasında Xalq artistini şou yaratmaqda ittiham etmişdi: "Özü şou axtarır, biz o səviyyədə şou axtaran adam deyilik. İstəmirik ki, kənddə beş-üç tanıyan adama özümüzü bu səviyyədə göstərək, mən xəcalət çəkirəm bu barədə söhbət etməyə, dövlətimiz güclüdür, harada nə lazımdır, gedib sözümüzü deyəcəyik, özümüzü də müdafiə edəcəyik".

Əsas mövzular