06:13 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22 0 0

Avropada virusa yoluxanların sayına görə, Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 075 min 485 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 29 760 579 milyona çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 939 427 nəfər vəfat edib, 20 212 134 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 629 min 702 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə, Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 075 min 485 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular