CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda daha bir antirekord – Yoluxanların sayı durmadan artır

© Sputnik Aleksandr Imedashvili / Mediabanka keçidСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan 

BAKI, 16 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 196 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1917-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 31 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 2758-ə çatıb, 19 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 29,5 milyonu keçib, 935 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0