CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanan avtobusa görə Fransadan Bakıya mütəxəssislər gələcəklər

© Photo : REPORTСгоревший автобус в Баку
Сгоревший автобус в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır"

BAKI, 15 sentyabr — Sputnik. "1 və 15 sentyabr tarixlərində "BakuBus" MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən, yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır: "Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət ediliblər. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən "BakuBus" avtobuslarına gündəlik və dövri texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir".

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib.

Xəbər lenti
0