23:35 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4010

"Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır"

BAKI, 15 sentyabr — Sputnik. "1 və 15 sentyabr tarixlərində "BakuBus" MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən, yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır: "Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət ediliblər. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən "BakuBus" avtobuslarına gündəlik və dövri texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir".

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib.

Əlaqədar

"Bakubus" avtobusunda daha bir yanğın hadisəsi - Səbəbi araşdırılır
Bakıda avtobus yanıb
Avtobusla toqquşdular, gənc oğlan ayağını itirdi
Avtobusa minməyə görə məsuliyyətə cəlb oluna bilərsiniz - RƏSMİ
Teqlər:
mütəxəssis, Bakı, Fransa, yanğın, BakuBus, avtobus

Əsas mövzular