07:01 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
3010

Qulinin mirası uğrunda onun ən yaxın silahdaşı 36 yaşlı Maxare Qvaramiya və Ded Xasanın oğru ailəsinin "minqrel" qolunun ağsaqqalı 63 yaşlı qanuni oğru Merab Mzarelua toqquşub

BAKI, 14 sentyabr — Sputnik. Lotu Quli adı ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifovun Türkiyədə öldürülməsindən sonra onun tərəfdarları arasında parçalanma baş verib.

Bu barədə Sputnik Azərbaycan "Praym Kraym" nəşrinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, Qulinin mirası uğrunda onun ən yaxın silahdaşı 36 yaşlı Maxare Qvaramiya (Matsi) və Ded Xasanın oğru ailəsinin "minqrel" qolunun ağsaqqalı 63 yaşlı qanuni oğru Merab Mzarelua (Duyake) toqquşub.

Qulinin yanında hakimiyyəti dadmağa imkanı olmuş Matsi onu Duyake ilə bölüşmək istəməyib. Bundan sonra Duyake rəqibini nüfuzdan salmaq üçün qondarma bəhanədən istifadə edərək qanuni oğru Kaxa Makalatiyanı ona qarşı qaldırmağa çalışıb.

Matsi bunu öyrəndikdən sonra Duyakeni görüşə çağırıb, orada onu yalançı adlandırıb və vurub. Sonra isə iştirak edən digər avtoritetlərin yanında açıq şəkildə bəyan edib ki, Duyake artıq oğru deyil.

Lotu Quli 2020-ci il avqustun 19-da Türkiyədə restoranda qətlə yetirilib. Qatil kriminal dairələrdə Xan Əhmədlinski adı ilə tanınan Xaqan Zeynalov olub. Zeynalov Qulinin etimadını qazanıb və ona yaxın şəxslərdən biri sayılıb.

Qatil əvvəlcə Türkiyə polisinə Qulini şəxsi düşmənçilik zəminində vurduğunu desə də, sonradan bunu etmək üçün bir neçə milyon dollar aldığını etiraf edib. Lakin ona vəd edilən mükafat ödənilməyib.

Əlaqədar

Azərbaycanlı kriminal avtoritet "Lotu Quli" Türkiyədə qətlə yetirilib
"Lotu Quli"nin qətli ilə bağlı yeni sensasion detallar üzə çıxdı

Əsas mövzular