CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidСотрудница школы в медицинской маске
Сотрудница школы в медицинской маске - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Yeni tədris ili ərəfəsi müəllimləri narahat edən əsas məsələlə dərs formasının dəyişməsinin onların əməkhaqqına təsir edib-etməyəcəyi məsələsidir. Bundan ən çox narahatçılıq keçirənlər isə bölgələrdə işləyən müəllimlərdir. Belə ki, onlar internetin olmadığı ərazilərdə onlayn dərslərin keçirilməməsinin əməkhaqqına təsir edəcəyindən narahatdırlar. Ucarın müxtəlif kəndlərində işləyən bir qrup müəllim Sputnik Azərbaycan-a bildirib ki, Ucarın müəyyən ərazilərində həm müəllimlərin, həmçinin də şagirdlərin internetə və onlayn dərs keçmək üçün texniki cihazlara əlçatanlığı aşağıdır. Müəllimlər bu zaman onlayn dərslərin keçirilməsinin mümkün olmadığını, belə halda müəllimin əməkhaqqına hansısa formada təsir göstərəcəyindən narahatdırlar.

35 nömrəli orta məktəb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat hazırlanıb

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" təsdiq edib. Burada təhsilverənlərə dair tələblər öz əksini tapıb. Qaydalarda bildirilir ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu heç bir halda müəllimin əməkhaqqına təsir edə bilməz: "Müəllimlərin əməkhaqqına təsirindən söhbət gedə bilməz. Çünki, bu, müəllimin özündən asılı olmayan bir səbəbdir. Əgər şagirdin interneti, kompüteri, smartfonu varsa, müəllim dərsini onlayn keçəcək. Amma müəllimin hər şagirdin evinə internet çəkmək, lazımi avadanlıqla təmin etmək imkanı yoxdur. Ona görə də, bunun müəllimin əməkhaqqına təsiri mümkünsüzdür".

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Növbəti dərs ili onlayn olacaq? - Müəllimləri niyə yeni kurslara göndərirlər

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini belə açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq: "Ümumiyyətlə, şagirdlərin keçməyəcəyi dərslər olmayacaq. Məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslər keçiriləcək. Bunlar 3 yolla olacaq - dərslər ya ənənəvi, ya distant formada, ya da teledərslər vasitəsilə keçiriləcək. Məsələn, idman dərsi ənənəvi qaydada olmasa belə, distant formada keçiriləcək. Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur".

Xəbər lenti
0