CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə xüsusi məntəqələr yaradacaqlar - COVID-ə görə

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Hər-hansı şagirddə virusla bağlı problem olsa, məktəblərdə olan izolyasiya otağına yerləşdiriləcək, təcili tibbi yardım gəlib COVID testi götürəcək

BAKI, 11 sentyabr — Sputnik. "Hər məktəbdə tibbi otaq yoxdur. Nazirlər Kabinetinin qərarı ilə məktəblilər üçün pulsuz tibbi xidmətin göstərilməsi ərazi üzrə poliklinakalara aiddir".

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, poliklinikalardan həkim və ya tibbi bacısı məktəbə təhkim olunur: "Hər məktəbdə COVID-lə bağlı balaca məntəqələr olacaq. Hər-hansı şagirddə virusla bağlı problem olsa, məktəblərdə olan izolyasiya otağına yerləşdiriləcək, təcili tibbi yardım gəlib COVID testi götürəcək, valideynlər çağırılacaqlar və uşaq təcili tibbi yardımla evə göndəriləcək. Məktəblərdə COVID-lə bağlı hər-hansı tibbi yardım nəzərdə tutulmur".

Xəbər lenti
0