CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya rahat və uzun avtobuslar gətirildi

© Sputnik / Murad OrujovАвтобус на одной из улиц в Баку
Автобус на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu avtobuslar Türkiyənin BMC şirkətinin istehsalıdır, müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Paytaxta yeni avtobuslar gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, ölkə başçısının tapşırığına əsasən, paytaxta gətirilməli olan 115 yeni avtobusun 10 ədədi artıq gətirilib. M. Ağayev yerdə qalan 105 avtobusun isə çatdırılma prosesinin noyabrın sonunadək yekunlaşdırılacağını bildirib. Onun sözlərinə görə, ölkəmizə gətiriləcək yeni avtobusların 80 ədədi 12 metrlik avtobuslar olacaq: "35 ədədi isə 9 metrlik avtobuslardır. Bu avtobuslar Türkiyənin BMC şirkətinin istehsalıdır, müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Avtobuslar sıxılmış təbii qaz müəhərriklidir (CNG). Yeni 9 metrlik avtobuslar əsasən Binəqədi və digər Bakıətrafı qəsəbələr üçün istifadəyə veriləcək".

M.Ağayev bildirib ki, yeni avtobuslar istifadəyə verildikdən sonra hazırda nağd ödənilən xətlərdə gediş haqqı kartla ödəniləcək.

Xəbər lenti
0