CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı

© Sputnik / Musa MuradliQarabağ kəhrizlərinin suyu
Qarabağ kəhrizlərinin suyu  - Sputnik Azərbaycan
Abunə olmaq
Layihəyə uyğun olaraq, 4 il ərzində 8 mindən çox məcburi köçkün ailəsinin sıx məskunlaşdığı 8 rayon və şəhərdə kəhrizlər bərpa ediləcək

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Vaxtilə məhsuldar Qarabağ torpaqlarının suvarılmasında əsasən kəhrizlərdən istifadə olunub. Kankanların mühəndisliyi sayəsində yeraltı suların torpağın üzərinə çıxarılması yolu ilə əkin sahələri suvarılıb. Sonradan suvarmada artezian quyularından istifadə və kanalların çəkilməsi kəhrizlərə olan tələbatı heçə endirmişdi. Kəhrizlər, demək olar ki, tarixin bir parçasına çevrilməklə istifadə olunmurdu. Lakin günümüzdə suya olan tələbatın artması kəhrizlərin yenidən istismarı ideyası aktuallaşdırıb. Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyularının yenidən, müasir texnoloji üsullardan istifadə olunmaqla yenidən qurulmağa başlanılıb.

© Sputnik / Musa MuradliAğdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı - Sputnik Azərbaycan
Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu

Sputnik Azərbaycan-ın layihə mühəndisi Rəvan Mehdiyevdən əldə etdiyi məlumata görə, “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilir. 4 illik layihəyə əsasən, Ağdam rayonun  ərazisindəki kəhrizlər yenidən istismara veriləcək. Ümumilikdə isə 2018-ci ildən icrasına başlanılan dördillik layihə çərçivəsində məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası nəzərdə tutulur.

Rəvan Mehdiyevin bildirdiyinə görə, layihənin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitinin və su təminatının yaxşılaşdırılmasıdır: "Layihəyə uyğun olaraq, 4 il ərzində 8 mindən çox məcburi köçkün ailəsinin sıx məskunlaşdığı 8 rayon və şəhərdə kəhrizlər bərpa ediləcək. Kəhrizlərin bərpası ilə məcburi köçkün ailələrinin içməli və suvarma su təchizatı yaxşılaşdırılacaq".

© Sputnik / Musa MuradliAğdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı - Sputnik Azərbaycan
Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu

Layihə planına uyğun olaraq görüləcək işlərdən danışan layihə mühəndisi bildirib ki, 2022-ci ilədək Ağdam rayonunda 17 kəhrizin bərpası həyata keçiriləcək. Kəhriz quyularının bərpasına uyğun olaraq, baş quyularda və sutoplayıcı tunellərdə texniki göstəriciləri öyrənmək, suvermə qabiliyyətini yoxlamaq, suyun keyfiyyətini müəyyən etmək məqsədilə tədqiqat-qazma işləri aparılıb.

“Hazırda Əhmədağalı kəndi ərazisində yerləşən, Mirəşelli kəndinə aid “Şəmsi” və Kolqışlaq kəndinə aid olan “Çinarlı” kəhrizlərində ənənəvi üsulla bərpa işləri həyata keçirilir. Kəhriz quyuları xüsusi texnika vasitəsilə qazılır. Təmizləmə işləri aparıldıqdan sonra kəhriz quyuları və tunellərində dəmir-beton həlqələr quraşdırılır", - deyə layihə mühəndisi görülmüş işlər barədə məlumat verib.

© Sputnik / Musa MuradliAğdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı - Sputnik Azərbaycan
Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyusu

Kəhrizlərin bərpasında ilk dəfə olaraq yeni texnoloji metodologiya da tətbiq edilir. Rəvan Mehdiyev qeyd edib  ki, kəhriz tunelləri üfüqi qazma avadanlıqları vasitəsilə qazılır və dəmir-beton həlqələr deyil, plastik borular quraşdırılır. Bununla da kəhrizlərin ətraf mühitin təsiri amillərinə dayanıqlığı artırılır.

Onu da qeyd edək ki, bu ay Ağdam rayonunda daha iki  - “Qozlu” və “Heyvalı” kəhrizlərində bərpa işlərinə başlanılması planlaşdırılır. Bunun üçün layihə-smeta sənədlərinin hazırlanması, kəhriz bərpa qruplarının formalaşdırılması, texniki-təchizat məsələləri həll olunub.

Xəbər lenti
0