01:45 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
222830

Leyla Fətəliyeva bir çox çətinlikləri dəf edib - öz oğullarını yedizdirmək naminə səyyar bərbər xidməti göstərmək qərarına gəlib və öz xidmətlərini evdə təklif edir.

BAKI, 7 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Xaçmaz rayonundan olan səyyar qadın bərbəri Leyla Fətəliyeva haqqında çəkilən qısametrajlı film sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Şərhçilərin əksəriyyəti fəxr edirlər ki, üç uşağı olan boşanmış qadın, uzun illər keçmiş əri tərəfindən zorakılığa məruz qalmasına, yaxınlarının tətbiq etdiyi məhdudiyyətlərə və adamların tənələrinə baxmayaraq, irəli getməyə özündə cəsarət tapa bilib. Leyla Fətəliyeva özü haqqında Sputnik Azərbaycan-a danışıb.

Dediyinə görə, onun həyat hekayəsinin qaynar müzakirələrə səbəb olacağını və bir çox insanın ona dəstək verəcəyini heç düşünməyib. Fətəliyeva Xaçmaz rayonunda anadan olub və böyüyüb. Məktəbi bitirdikdən sonra valideynləri ona təhsilini davam etdirməyə icazə verməyiblər. O, lal-kar adama ərə getməyə məcbur olub.

"Onunla evlənməkdən imtina edə bilmədim, çünki ona çox yazığım gəldi. Mən özüm, xoşbəxtliyim haqqında düşünmədim. Ərim naminə, hətta onunla ünsiyyət qurmaq üçün lal-karların jest dilini öyrəndim. O, həmişə məni və öz anasını döyürdü. Birinci oğlum doğulandan sonra ondan boşanmaq istədim, amma valideynlərim və qohumlarım bunu etməyə icazə vermədilər. Mən səkkiz il dözdüm. Üçüncü oğlum doğulandan sonra boşanmaq qərarımı qətiləşdirdim, çünki əks təqdirdə o, məni öldürəcəkdi", - deyə Fətəliyeva etiraf edib.

Qadının valideynləri vəfat edəndən sonra onun getməsi sadəcə mümkün olmayıb. O, boşandıqdan sonra da keçmiş həyat yoldaşının evində, onunla birlikdə yaşamağa məcbur olub. İndi əri Leylaya əl qaldırmağa cürət etmir, qorxur ki, ona cavab zərbəsi vura bilər. Çünki Leyla özünü ərinin hücumlarından qorumaq üçün kikboksinq üzrə məşğələlərə qatılıb. Bununla belə, hər dəfə Leyla evdə olmayanda kişi uşaqları vurur.

Посмотреть эту публикацию в Instagram

Публикация от xanoğlan novruz (@xanoglan_novruz)

"Boşandıqdan sonra mən bir şəkildə yaşamaq məcburiyyətindəyəm. Bacılarım, qardaşlarım var, amma onların hər birinin öz ailəsi var, ona görə də onlardan kömək istəyə bilmərəm. Kiməsə yük olmaq istəmirəm. Keçmiş ərimdən 3 uşağa görə cəmi 76 manat aliment alırdım və indi də alıram. Amma bu pulla yaşamaq mümkün deyil. Qohumlarımdan heç biri mənə kömək etmir. Rayonumuzdakı gözəllik salonlarından birinin sahibəsi haqqımda yaxşı bildiyinə görə mənə ustalarından birinin şagirdi olmağa imkan yaratdı ki, nəyisə öyrənim", - deyə Fətəliyeva bildirib.

Yeni işi öyrənən qadın bu salonda işləməyə başlayıb. Ancaq tezliklə oradan getməyə məcbur olub. Çünki uşaqlarla da məşğul olmaq, onları məktəbə, eləcə də müxtəlif idman kurslarına aparmaq lazım idi. İkinci işində də o, uzun müddət qala bilməyib. Sahibi onun daimi icazə xahişlərindən bezib və Fətəliyevanı işdən qovub. Bundan sonra Leyla səyyar bərbər olmaq qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от leyla xaçmaz (@velo_berber)

"Uşaqlar doğulduqdan sonra velosiped sürməyi öyrəndim. Mənə bir çox müştərilər zəng edirdilər, iş yerimi soruşurdular, hamıya cavab verirdim ki, artıq evdə xidmət göstərirəm. Azərbaycanda indiyə qədər velosipedlə gəzərək səyyar bərbər xidməti göstərən şəxs olmayıb. Qohumlarım eşidəndə ki, mən velosipedlə gedərək adamlara evində xidmət göstərirəm, zəng vurub hədələyirdilər. Amma onların nə dediyinin mənim üçün əhəmiyyəti yox idi. Mən yalnız uşaqlarımı yedirtmək və onlara yaxşı təhsil vermək haqqında düşünürəm. Həmçinin şadam ki, rayondakı mövcud stereotipləri qıra bildim", - deyə Fətəliyeva etiraf edib.

Qadın təkcə öz regionunda deyil, bütün ölkədə tanınmağa müvəffəq olub. O, yalnız qadınların saçların kəsib, boyayıb, formaya salmır, həm də kişilərin saçını necə qaydaya salmağı öyrənib. Əvvəllər bunu təcrübədə öyrənmək istəyib. Lakin təəssüf ki, qadın olduğuna görə, rayondakı bərbər kişilərin heç biri onu öyrətmək istəməyib. O, bu işi internetdəki videoçarxlara baxaraq öyrənir. Bundan başqa, Bakıda məşhur stilistlərin master-klasslarına da baş çəkir.

Посмотреть эту публикацию в Instagram

Публикация от leyla xaçmaz (@velo_berber)

"Mənim hər gün işim olur. Tez-tez uşaqları da özümlə götürürəm, amma adətən həmişə ortancıl oğlum mənimlə gedir. O, bu peşəni sevir və ona görə də mənə kömək edir. Çox istəyirəm ki, onlar sevdikləri işlə məşğul olsunlar. Böyük oğlum tezliklə altıncı, ortancıl dördüncü, ən kiçik oğlum isə ikinci sinfə gedəcək. Mən yalnız onlar üçün yaşayıram", - deyə Fətəliyeva əlavə edib.

O, uşaqları ilə rahat yaşaya biləcəyi şəxsi evə sahib olmağı arzulayır.

Əlaqədar

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir
On doqquzuncu əsrdə doğulmuş qadın uzunömürlülüyün sirrini açdı
Ömrünü işə həsr edən qadın: Ailəsiz katib, Brejnevlə görüş və “Ana” poeması
Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO
Azərbaycanda yeganə stimpanker lazımsız avtomobil hissələrindən xariqələr yaradır

Əsas mövzular