CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Regionlarda taksilərdə qiymət artımı gözlənilirmi?

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərinişin daşımada taksi xidmətində qiymət tənzimlənməsi ilə bağlı hökumətə təkliflər verməyib"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Son günlərin əsas müzakirə mövzusuna çevrilən taksi fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan konsepsiyada dispetçer xidməti, vahid qiymət və həm də kvota məsələləri yer alıb. Sözsüz ki, taksi xidməti təkcə paytaxtda deyil, regionlarda da göstərilir.

Sputnik Azərbaycan respublika üzrə taksi fəaliyyəti ilə bağlı konsepsiyanın hazırlanıb-hazırlanmadığını araşdırıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Nuridə Allahyarova bildirib ki, bölgələrdə taksi xidməti ilə bağlı konsepsiya hazırlanmır. N.Allahyarovanın sözlərinə görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın bəndlərinə əsasən, bütün sahələrdə işlər aparılır: "Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərnişindaşımada taksi xidmətində qiymət tənzimlənməsi ilə bağlı hökumətə təkliflər verməyib. Sərnişindaşıma ilə bağlı müəyyən təkliflər var. Bu gün ictimai nəqliyyatda narahatlıq yaradan əsas məqamlardan biri sərnişindaşımada istismar dövrünü başa vuran avtobusların istifadəsi ilə bağlıdır. Bizim taksilərlə bağlı, onların tarifləri ilə bağlı hər hansı bir təklifimiz yoxdur".

 

Xəbər lenti
0