CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan Azərbaycanın sərhəd kəndlərinin suyunu kəsib - FOTO

© Sputnik / Ilham MustafayevKəmərlidə su anbarı
Kəmərlidə su anbarı - Sputnik Azərbaycan
Abunə olmaq
"Çayın qabağını kəsdilər, orada özləri üçün bənd yaratdılar. Bizim bu göl də qaldı susuz" - Kəmərli kənd sakini

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Qazax rayonunun sərhəd kəndlərində su qıtlığı yaşanır. Bunu İncəsu çayının qarşısının Ermənistan tərəfindən kəsilməsi və Azərbaycan ərzisinə su buraxmaması səbəb olub. Belə ki, İncəsu çayı başlanğıcını Ermənistan ərazisindən götürür və axaraq Kür çayına tökülür. Lakin ötən əsrin 80-ci illərində inşa edilən Kəmərli kəndində yaradılmış anbara su axını olmadığından, demək olar ki, qurumaq üzrədir. Nəticədə Kəmərli kəndi də daxil olmaqla Aslanbəyli və Qaymaqlı kəndləri də susuzluqdan əziyyət çəkir. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan sakinlər suyun qarşısının ermənilər tərəfindən məqsədli şəkildə kəsildiyini deyirlər.

Kəmərli kənd sakini Əhməd Mamedov susuzluq səbəbindən bu il əkin-biçin edə bilmədiklərini bilirib: “Əkirik, səpirik, axırda heç bir məhsul götürə bilmirik. Dəmyədə susuz heç nə əmələ gəlmir. Düz yerdə nə bitəsidir. Anbarda da su yoxdur”, - deyə məlumat verib.

© Sputnik / Ilham Mustafayev
Kəmərlidə su anbarı - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Kəmərlidə su anbarı - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Kəmərlidə su anbarı - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Digər sakin Ramiz Paşayev isə Ermənistan tərəfin yeni su anbarı tikərək çayın qabağını kəsdiyini söyləyib: “Çayın qabağını kəsdilər, orada özləri üçün bənd yaratdılar. Bizim bu göl də qaldı susuz. Yağış yağsa, bir az dolur. Yağmasa, yox. Həyətyanı sahələrimizi də buradan sulayırdıq, əl-ayaq suyumuz da buradan çıxır. İndi amma əlimiz quruda qalıb”, - deyərək vəziyyəti izah edib.

Sərhəd Məmmədov isə çıxış yolunu Kür çayından Kəmərli su anbarına nasoslar vasitəsilə su vurulmasında görür.

"Biz dövlətin qayğısından çox razıyıq. Qazımızı, elektrik sistemimizi, yollarımızı yenidən qurublar, hər şey qaydasındadır. Sadəcə bu gün suvarma suyuna ehtiyacımız çoxdur. Xahişimiz odur ki, Kür çayından bura su vurulsun. Bizim başqa yolumuz yoxdur. Çünki ermənilər oradan gələn suyun mənbəyini kəsiblər”, - deyə S.Məmmədov fikrini ifadə edib.

Rəsmi orqanlar vəziyyəti ekoloji terror kimi dəyərləndirib. Məsələ ilə bağlı Qazax Suvarma Sistemləri İdarəsindən anbara suyun toplanmasının yalnız İncəsu çayı vasitəsilə mümkünlüyü deyilib. Lakin çayın mənbəyi bədnam qonşularımızın nəzarətində olduğundan hər-hansı bir tədbir görülməsi mümkünsüzdür. Qurumdan bildirildi ki, məsələnin həlli ancaq Kür cayından yeni nasos stansiyanın qurulması ilə mümkündür.  Bunun ücün isə aidiyyəti  qurumlara müraciətlər olunduğu bildirilib.

Xəbər lenti
0