12:59 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
206210

Hazırda sosial sığınacaqların sayının artırılması, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında da açılması nəzərdə tutulur

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. "Son bir ayda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial Xidmətlər Agentliyi "Həssas Əhali Qruplarından Olan Şəxslər Üçün Sığınacaq və Reabilitasiya Müəssisəsi"nə 8 nəfər qəbul olunub. Müəssisəyə sakinlər əsasən Bakı şəhərinin Sabunçu, Yasamal, Nərimanov, Nizami rayonları, eyni zamanda Azərbaycan Respublikasının digər rayonlarından da gətirilib. Xüsusilə, Bakı şəhərinin Yasamal, Sabunçu rayonlarından gətirilən sakinlər daha çox üstünlük təşkil edirlər. Gətirilən sakinlərin natamam ailələrdən olması, sosial durumun aşağı səviyyədə olması, zərərli vərdişlərdən istifadə, işsizlik, təhsillərində olan problemlər, ailə zorakılığı, ətraf mühitin təsiri onların çətin həyat sürmələrinə səbəb olub". Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, müəssisəyə gətirilən sakinlərin əksəriyyəti "Həssas Əhali Qruplarından Olan Şəxslər Üçün Sığınacaq və Reabilitasiya Müəssisəsi"ndə yerləşdirilib: "Hazırda sosial sığınacaqların sayının artırılması, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında da açılması nəzərdə tutulur. Müəssisədə 48 sakin var. Bunlardan 13-ü qadın, 35-i isə kişidir. Bir ay ərzində qəbul olunan sakinlərin 7-si kişi, 1-i isə qadın cinsinə mənsub olub. Ümumilikdə, müəssisəyə yerləşdirilən kişilərin ən yaşlısı 73, qadın sakinlərinin ən yaşlısı isə 81 yaşında olub. Ümumilikdə isə müəssisənin ən gənc sakini 8 yaşlı oğlan uşağıdır".

"Fəaliyyətə başladığı ildən etibarən müəssisəyə gətirilən və ya yerləşdirilən sakinlərin 149–u cinayətə cəlb olunmuş, məhbus həyatı yaşamış şəxslərdir. Məhbus həyatı yaşamış şəxslərin çətinlikləri sosial adaptasiya ola bilməmələri, cəmiyyət tərəfindən qəbul olunmamaları, psixoloji durumlarında olan problemlər, işləmək istəməmələri, təklif olanan işləri qəbul etməmələridir" - deyə SXA-dan bildirilib.

Əsas mövzular