CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəritələri sevdik: Daha "Həsən ağanın qohumu olmağa" gərək qalmayacaq

© Photo : Facebook / ASAN Xidmət9108 Çağrı Mərkəzi
9108 Çağrı Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət qurumları "ASAN müraciət" informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə "Vətəndaşların müraciətləri haqqında" qanun ilə müəyyən edilmiş qaydada baxılmanı təmin edəcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Dövlət başçısı avqustun 21-də "ASAN müraciət" informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən "ASAN müraciət" informasiya sistemi yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sisteminin operatoru müəyyən ediləcək.

Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şikayəti olan dərdini deməyə yer tapdı: dörd saata 92 müraciətə baxdılar

Sənədi şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, "ASAN müraciət" informasiya sisteminin yaradılmasında əsas məqsəd müraciətlərin daha asan və mobil yolla tətbiq olunmasına, bu müraciətlərin dövlət qurumları arasında daha qısa zamanda paylaşılmasına nail olmaqdır: "Bu sistemin mobil versiyası yaranacaq. Artıq vətəndaş qısa zamanda kommunal xidmətlər və digər problemlərlə bağlı bu mobil versiyadan istifadə etməklə "ASAN Xidmət"ə problemləri və şikayətləri təqdim edə biləcək. Bu, imkan verəcək ki, şikayətlərin qısa zamanda təqdimatı həyata keçirilsin, vətəndaş şikayətləri mobil şəkildə bu sistemdən istifadə etməklə və qeydiyyata alınmasına nail olunmaqla təqdim etsin".

Onun sözlərinə görə, digər tərəfdən bu, imkan verəcək ki, "ASAN Xidmət" problemləri qısa zamanda qeydiyyatını aparmaqla uyğun dövlət qurumlarına təqdim etsin: "Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, bu addım vətəndaş müraciətlərinə, şikayətlərinə necə baxıldığını, problemin həll edilib-edilmədiyini monitorinq etmək, araşdırmaq imkanı verəcək. Bu sistem kommunal sahədə olan şikayətlərin daha qısa zamanda araşdırılması və nəticələrinə nəzarətin gücləndirilməsi və nəticələrin ictimailəşdirilməsi baxımından da çox vacibdir. Çünki bu zaman artıq ictimai nəzarət mexanizmləri də elektron olaraq formalaşmış olacaq".

"Bu model müasir çağırışlara uyğundur. Bu, digər formalarda bir sıra Şərqi Avropa ölkələrində təqdim olunmağa başlayıb. Belə bir mexanizmin asan model çərçivəsində Azərbaycanda tətbiq edilməsi təqdirəlayiqdir və problemlərin həllinə birbaşa yardım göstərəcək", - deyə deputat bildirib.

Qeyd edək ki, sərəncama əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sistemini və onun mobil tətbiqini formalaşdırmalı, "ASAN müraciət" informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının "ASAN müraciət" informasiya sisteminə çıxışını təmin etməlidir.

Dövlət orqanları (qurumları) "ASAN müraciət" informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə "Vətəndaşların müraciətləri haqqında" qanun ilə müəyyən edilmiş qaydada baxılmanı təmin edəcək.

Elektron xəritələr son zamanların trendinə çevrilməkdədir. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qurumun tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır. Xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sektoral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və sairə aid informasiyalar toplanacaq.

Xəbər lenti
0