18:28 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
418 0 0

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş. Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilib.

BAKI, 29 avqust — Sputnik. Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş. Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilib. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş. Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunub.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Əsas mövzular

  • Leonid Kalaşnikov, arxiv şəkli

    Azərbaycanın nümayəndə heyəti sentyabrın 23-də Rusiya Dövlət Dumasında "böyük görüş" keçirəcək. Rusiya və Azərbaycan parlamentariləri COVID-19 pandemiyası şəraitində iqtisadi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədirlər

    26
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin binası

    Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır

    12
  • Yerevanda etirazlar, arxiv şəkli

    Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

    690