CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının əsas prospektdinə hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Murad OrujovПроспект Гейдара Алиева в Баку, фото из архива
Проспект Гейдара Алиева в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

BAKI, 28 avqust — Sputnik. 29 avqust tarixində səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0