07:05 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
38910

15 dəqiqə ərzində baş verən hadisənin qarşısı alınmazsa, növbəti 60 dəqiqə ərzində Monitorinq Mərkəzinin əməkdaşı hər 5 dəqiqədən bir məhkumla səsli əlaqə yaratmağa çalışır

BAKI, 27 avqust — Sputnik. "Elektron qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kəmər vasitəsilə bağlanır və məhkumun yerdəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür. Qeyd edim ki, elektron nəzarət vasitələri tətbiq edilən məhkumların izlənilməsi zamanı məhkəmə tərəfindən müəyyən edilən məhdudiyyətlərin və vəzifələrin pozulması hallarında "ŞANS" Elektron Monitorinq Sisteminə bu barədə xəbərdarlıq siqnalı daxil olur. 15 dəqiqə ərzində baş verən hadisənin qarşısı alınmazsa, növbəti 60 dəqiqə ərzində Monitorinq Mərkəzinin əməkdaşı hər 5 dəqiqədən bir məhkumla səsli əlaqə yaratmağa çalışır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə deyib və bildirib ki, məhkumla səsli əlaqə yaratmaq mümkün olmadıqda isə və həmçinin hadisənin qarşısı alınmadıqda, pozuntu barədə yerli probasiya qurumunun əməkdaşına məlumat verilir:

"Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda, yaxud da üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda ona töhmət növündə tənbeh verilir".

Nazirlik rəsmisi bildirib ki, ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq 2, 3 və daha artıq sayda quraşdırılır: "Qeyd edim ki, ev siqnal ötürücülərinin vəzifəsi vaxt məhdudiyyəti ərzində məhkumun yaşayış yerində olması barədə məlumatları ötürməkdir".

Nazirlik rəsmisinin sözlərinə görə, bütün cihazlara müdaxilə zamanı xəbərdarlıq siqnalı gəlir: "Bundan başqa, qeyd edim ki, elektron nəzarət vasitələri məhkum tərəfindən yararsız vəziyyətə salındıqda onun dəyəri məhz həmin şəxsdən tutulur".

N.Əlizadə deyib ki, məhkəmələr tərəfindən elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar məhkumların üzərinə əsas olaraq iki növ məhdudiyyət  - ərazi məhdudiyyəti və vaxt məhdudiyyəti qoyulur.

 

Əlaqədar

Gəncədə maraqlı ləqəbi olan kriminal ünsür saxlanılıb
Bakıda saxta pul çap edənlər saxlanılıb
Şəmkirdə "Canavar" ələ keçdi, amma əməli heç canavara yaraşmır
Pandemiya "düşdü" - mindən artıq şəxs vaxtından əvvəl şərti azadlığa buraxılıb
Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?

Əsas mövzular