14:00 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
12701

Bakıda liseyə qəbul üçün keçirilən imtahan "adət-ənənələrimiz" çərçivəsində, yəni bir neçə qohumun iştirakı ilə baş tutub. Amma bu ənənəyə yenisi də əlavə olunub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Ölkəmizdə koronavirus pandemiyası davam etsə də, əksər hallarda sosial məsafə tələbinə əməl edilmir.

Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə qəbul imtahanı zamanı da ali təhsil ocağının qarşısında sıxlıq yaşanıb. Sputnik Azərbaycan-ın müşahidələri zamanı pandemiya dövründə imtahana gələn şagirdlər və valideynləri tərəfindən sosial məsafəyə əməl edilmədiyi, şagirdlərin həyatının təhlükə altına atıldığı məlum olub.

  • Bakı Dövlət Universitetinin qarşısında sıxlıq
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Dövlət Universitetinin qarşısında sıxlıq
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Dövlət Universitetinin qarşısında sıxlıq
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Dövlət Universitetinin qarşısında sıxlıq
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 4
© Sputnik / Zulfiyya Guluyeva
Bakı Dövlət Universitetinin qarşısında sıxlıq

Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, bu gün BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə V siniflərə şagird qəbulu aparılır. Ona görə də valideynlər öz uşaqlarını imtahana gətiriblər. Diqqət cəlb edən daha bir məqam ərazidə polis əməkdaşlarının bu qədər sıxlığa rəğmən gözə dəyməməsi olub.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə şagirdlərin həyatını təhlükəyə atmamaq məqsədilə bu ilin mart ayından ölkədə tədris dayandırılıb. Yeni tədris ilində isə dərslərin nə vaxt başlayacağı naməlumdur.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Polis parkda gəzən koronavirus xəstəsini saxladı
Onlar da cərimələndilər - Amma toya görə yox!
Təhsil üçün iki həlledici həftə - "Müəllimlər hazır olmalıdırlar"
Bakı məktəblərində şagirdlərdən xüsusi informasiya toplanır: "Yoluxan varsa..."

Əsas mövzular