09:18 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
91311

Zaman-zaman ayrı-ayrı şirkətlər iş yerlərini gizlədirlər. Məşğulluq xəritəsi tətbiq edilsə, vakant yerlərin gizlədilməsinin qarşısını almaq mümkün olar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Azərbaycanda məşğulluqla bağlı daha bir yenilik gözlənilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır. Nazirlikdən verilən məlumata görə, xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sektoral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və sairə aid informasiyalar toplanacaq. 

Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Sputnik Azərbaycan məşğulluq xəritəsinin əsas mahiyyətini araşdırıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Fərid Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın məşğulluq xəritəsi ümumi elektron resurs şəklində hazırlanır və iki formadan ibarət olacaq: "Məşğulluq Mərkəzləri üzrə və iqtisadi zona üzrə bu xəritənin formalaşması həyata keçiriləcək. Elektron xəritə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər informasiya ehtiyatlarının inteqrasiyası nəticəsində toplanmış məlumatlardan ərsəyə gələcək.

Bu məlumatlar nəticəsində biz ölkə üzrə məşğulluq göstəricilərini xəritə üzərində izləyə biləcəyik. Əmək münasibətləri göstəricilərini də xəritə üzərində izləmək mümkün olacaq. Məsələn, seçilmiş inzibati rayon üzrə iş yerlərinin, işə götürən təşkilatların sayı, bu rayonda məşğulluq orqanlarında qeydiyyata alınan işsiz və işaxtaranların sayı, həyata keçirilmiş aktiv məşğulluq tədbirləri və onların strukturu, eləcə də özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər, onlardan təlimə cəlb olunanların sayı, aktiv təmin edilmişlər və mikrosahibkara çevrilmişlərin sayı bu xəritə üzərində öz əksini tapacaq".

Fərid Vəliyev bildirir ki, bu xəritə həmin regionlar üzrə sosial iqtisadi proqramların həyata keçirilməsində əlavə təhlil imkanları yaradacaq. Eyni zamanda bu proqramların dinamikasını göstərəcək: "Eləcə də hər rayon üzrə ərazi məşğulluq proqramlarının icra vəziyyəti məşğulluq xəritəsinin əsas göstəricilərindən biri olacaqdır".

Ekspert Azər Allahverənov ölkə üzrə məşğulluq xəritəsinin hazırlanmasının sadə vətəndaşlara müsbət təsiri olacağını söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, belə bir xəritənin hazırlanması çox əhəmiyyətlidir: "Əmək bazarında işsizlikdən əziyyət çəkən şəxslərin işsiz qalmasına çox vaxt iş yerləri barədə onların məlumatsızlığı səbəb olur. Vətəndaş ixtisasına uyğun iş tapa bilmir. Məcbur olur, qeyri-ixtisas üzrə işləsin və yaxud olduğu yeri tərk etsin. Bu xəritə üzrə iş yerlərinin göstərilməsi bu baxımdan ola bilər. Mən düşünürəm ki, böyük ehtimalla məşğulluq xəritəsi interaktiv xəritə olmalıdır, orada məlumatlar daim yenilənməlidir".

A.Allahverənov bildirir ki, məşğulluq xəritəsi həm də reallığı əks etdirməlidir: "Dövlətin məlumat bazasında işsizlər və iş yerləri ilə bağlı informasiyalar var. Görünür, həmin məlumatlar da bu xəritəyə inteqrasiya olunacaq. Hər bir halda xəritə məşğulluqla bağlı reallığı əks etdirməlidir. Zaman-zaman ayrı-ayrı şirkətlər iş yerlərini gizlədirlər. Bu, vakant yerlərin gizlədilməsinin qarşısını ala bilər. İnformasiyanı verməməyə görə işəgötürənin üzərinə də məsuliyyət qoyulmalıdır".

Əlaqədar

Bir manatın da ardınca qaçacaqsan - fırıldaqçılar qara əməllərinə dövləti bulaşdırırlar
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır
Teqlər:
vakansiya, xəritə, əmək, işsizlik

Əsas mövzular