CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On rayonun suyu kəsiləcək

© AFP 2023 / ARMEND NIMANIМужчина моет руки, фото из архива
Мужчина моет руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərsu"nun qərarına görə, Bakının da üç rayonunda sular kəsiləcək. Əhaliyə suya qənaət etmək tövsiyə olunur

BAKI, 25 avqust — Sputnik. Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib. Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Xəbər lenti
0