CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deyəsən onlayn olacaq... Yeni dərs ili ilə əlaqədar evlərə internet çəkilməsinə başlanıldı

© REUTERS / Jose Luis GonzalezДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti mərhələdə yeni rabitə infrastrukturunun Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində qurulması nəzərdə tutulur.

BAKI, 24 avqust — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) yeni tədris ilinin başlanması ilə əlaqədar mənzillərin və fərdi evlərin telekommunikasiya xidmətləri ilə təminatını sürətləndirib.

Сообщение об отсутствии интернет подключения на экране смартфона, фото из архива - Sputnik Azərbaycan
Nazirlik ölkədə yaranan internet probleminin səbəbini açıqladı - Günahkar biz imişik

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum yeni və köhnə binalarla yanaşı, fərdi evlərdə də "Evədək optika" layihəsinin icrasını davam etdirir. Paytaxtın Suraxanı rayonu, Hövsan yolu Qum adasında yerləşən yeni yaşayış massivində optik şəbəkənin inşası artıq yekunlaşıb. İnternet avadanlıqları ilə pulsuz təchiz edilən 100-dək ailənin yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanıb.

Eyni zamanda bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı sakinlərin marağına səbəb olub. Belə ki, onlar üçün sərfəli şərtlərlə "1 xətt – 3 xidmət" paketinə qoşulma fürsəti yaradılıb. Növbəti mərhələdə yeni rabitə infrastrukturunun Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində qurulması nəzərdə tutulur. Xatırladaq ki, "Evədək optika" layihəsi müasir standartlara cavab verən GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksək keyfiyyətli xidməti təmin edir.

Xəbər lenti
0