CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramiz Mehdiyevin kürəkəni həbs olundu - toya görə

© Photo : REPORTSabiq deputat İlham Əliyev
Sabiq deputat İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün Abşeron rayon məhkəməsinə gətiriliblər

BAKI, 22 avqust - Sputnik. Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub. 

Sputnik Azərbaycan oxu.az-a istinadən bildirir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir. O, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:

“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.

Məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.

© Photo : QafqazinfoRövşən Mustafayev
Ramiz Mehdiyevin kürəkəni həbs olundu - toya görə - Sputnik Azərbaycan
Rövşən Mustafayev

Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb. Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar. Polislərin içəri daxil olmasına maneə yaradılıb.

Qeyd edək ki, avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün Abşeron rayon məhkəməsinə gətirilib və karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar. 

Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunublar. 

Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılıb.

Xəbər lenti
0