CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzova töhmət verildi

© Sputnik / Murad OrujovЗаместитель исполнительного секретаря правящей партии "Ени Азербайджан" (ПЕА) Сиявуш Новрузов
Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır

BAKI, 22 avqust — Sputnik. COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib. Bu barədə Sputnik Azərbaycan-a YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

Xəbər lenti
0