CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirdən yeni təyinat

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Nazirin imzaladığı digər sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası tərkibi də təsdiqlənib

 

BAKI, 22 avqust — Sputnik. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib.

Qeyd edək ki, S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Baş Nazirin imzaladığı digər sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası tərkibi də təsdiqlənib. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şuranın sədri seçilib. Şuranın tərkibinə isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova daxildir.

Xəbər lenti
0