CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anasının atdığı 8 aylıq uşaq qəyyumluğa götürülür

© Pexels PixabayKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz qadının yerini də bilirik. O, narkotik istifadəçisi olduğundan yenidən "Kubinka"ya, narkomanların arasına qaçıb. İndi Raulun qəyyumluğunu qəbul etmək üzrəyəm. Sənədləşdirmə işlərinə başlanılıb"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Azərbaycan Uşaqlar Birliyinə dünən anası tərəfindən atılan 8 aylıq Raul qəyyumluğa götürüləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, Yasamal Rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları ilə ana və körpə övladı Azərbaycan Uşaqlar Birliyin sığınacağına yerləşdiriliblər. Lakiin ana körpəsini sığınacaqda qoyaraq qaçıb: "Qadın özünü Rüqəyya adı ilə təqdim etmişdi. O adda və doğum tarixində vətəndaş Daxili İşlər Nazirliyinin portalında tapılmadı.  Biz qadının yerini də bilirik. O, narkotik istifadəçisi olduğundan yenidən "Kubinka"ya, narkomanların arasına qaçıb. İndi Raulun qəyyumluğunu qəbul etmək üzrəyəm. Sənədləşdirmə işlərinə başlanılıb".

K, Ağazaddə sığınacaqda hazırda 31uşaq olduğunu, onların 14-nün qəyyumluğunu qəbul etdiyini söyləyib.

Qeyd edək ki, dünən K. Ağazadə körpənin anası tərəfindən sığınacaqda atılaraq getdiyi barədə Facebook sosial şəbəkəsində məlumat paylaşmışdı.

Xəbər lenti
0